Kolumbiya Universitetində həbs edilən azərbaycanlı tələbə Elmina Ağayeva Trampla Mamdaninin görüşündən sonra azad edilib.
İnsanoid.com xəbər verir ki, Nyu-Yorkun Kolumbiya Universitetində təhsil alan azərbaycanlı tələbə Elmina Ağayevanın federal immiqrasiya orqanları (ICE) tərəfindən saxlanılması ABŞ-də və Azərbaycanda geniş rezonans doğurub. Universitetin yaşayış korpusunda baş tutan əməliyyat zamanı federal agentlərin özlərini saxta adla təqdim etdiyi iddia olunsa da, rəsmi qurumlar prosesin tam qanunauyğun olduğunu bildiriblər.
Hadisənin siyasi müstəviyə keçməsi nəticəsində Nyu-York meri Zohran Mamdani məsələni birbaşa Prezident Donald Tramp ilə müzakirə edib. Ağ Evdə aparılan danışıqlardan sonra Elminanın azadlığa buraxılması qərara alınıb. Hazırda təhlükəsizlikdə olduğunu bildirən son kurs tələbəsi baş verənlərdən şok keçirdiyini qeyd edib. Daxili Təhlükəsizlik Departamenti tələbənin vizasının daha əvvəl ləğv edildiyini iddia etsə də, universitet rəhbərliyi federal agentlərin kampus ərazisinə daxil olması ilə bağlı qaydaları sərtləşdirib.