Azərbaycanda icbari tibbi sığorta haqlarının toplanılmasına 1 yanvar 2021-ci il tarixindən başlanılıb.
Sığortaolunan yaşayış yeri üzrə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsinə müraciət edə bilər. Müraciət edərkən şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir. Hər bir şəxs səhhətində yaranmış problemlə əlaqədar ilk növbədə ailə həkiminə müraciət etməlidir.
Sığortaolunanlar Xidmətlər Zərfində qeyd edilən tibbi xidmətlərdən yararlana bilərlər. Zərfə 2250 sayda müxtəlif tibbi xidmət daxildir. Sözügedən zərfə kosmetik prosedurlar, plastik cərrahiyyə, stomatoloji xidmət, orqan transplantasiyası kimi prosedurlar daxil deyil.
İcbari tibbi sığorta haqqının hesablanması iki sektor üzrə aparılır:
1. qeyri neft-qaz və özəl sektor:
aylıq əmək haqqı 8000 manatadək olduqda - 1%, 8000 manatdan yuxarı olduqda isə - 160/2 + (aylıq əmək haqqı - 8000) * 0,5%;
2. dövlət və neft-qaz sektoru:
aylıq əmək haqqı 8000 manatadək olduqda - 2%, 8000 manatdan yuxarı olduqda isə - 160 + (aylıq əmək haqqı - 8000) * 0,5%.