top
Bakıda liseydə şagird müəllimini güllələyib - YENİLƏNİB
05 fevral 2026, 23:51
- ↺ +

Bakıda liseydə şagird müəllimini güllələyib - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda yerləşən "İdrak” liseyində şagird müəllimi güllələyib.


Azxeber.com xəbər verir ki, "İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov hadisə ilə bağlı "Yeni Sabah”ın suallarını cavablandırıb.


- Hadisə necə olub?


- Mən gəlmişəm, burdayam. Uşaq çantasında ov tüfəngi gətirib. Ehtiyatsızlıqdan atəş açılıb. Şükür Allaha, elə də ciddi xəsarət yoxdur.


- Neçənci sinif şagirdidir?


- 10-cu sinifdə oxuyur. Oğlan uşağıdır.


- Güllələnən müəllim qadındır yoxsa kişi?


- Qadındır.


- Müəllimin vəziyyəti necədir?


- Müəllimənin vəziyyəti yaxşıdır. Xəstəxanadadır.


- Hansı fənndən dərs deyir? 


- Hazırda araşdırma aparılır.


- Əvvəllər bu şagirdlə bağlı şikayət olub?


- Xeyr olmayıb.


- Həmin şagirdin davranışları normaldır?


- Bəli, normaldır.


- Liseyin qapısında mühafizə yoxdur? Necə olub ki, həmin silahı içəri keçirib?


- Var. Ancaq keçirə bilib.


- Hadisə sinif otağında, yoxsa həyətdə baş verib?


- Sinif otağında baş verib.

 

10:51

Daxili İşlər Nazirliyi "İdrak" liseyində şagirdin müəllimi güllələməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən İnsanoid.com-a verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib. 

İnsanoid.com-un əldə etdiyi məlumata görə, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Qeyd edək ki, güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Müəllim dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin ağır olduğu biildirilir.

Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
22 oktyabr 2026, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Oxşar xəbərlər