Azərbaycanda kənd təsərrüfatının stimullaşdırılması məqsədilə fermerlər arasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Ayın Fermeri” müsabiqəsi elan edilib. Bu barədə rel="nofollow">məlumat 6 oktyabr tarixində Nazirliyin rəsmi səhifəsində dərc edilib.
Müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər. Ərizələrin qəbulu 6 oktyabr tarixindən başlayıb və 5 iş günü ərzində davam edəcək. Fermerlər ərizələrini Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq elektron qaydada təsdiq etməlidirlər.
Müsabiqə iki mərhələdən ibarətdir. Qalib fermer mükafatlandırılacaq və sertifikatla təltif olunacaq.