Lənkəranda narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edilib. Bu haqda aprelin 21-də Report məlumat verib.
“Toyota” markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona polis tərəfindən “saxla” işarəsi verilib. Müayinə zamanı onun psixotrop maddədən istifadə etdiyi aşkar edilib.
Nəticədə o, 2 illik sürücülük hüququndan məhrum edilib və 14 gün müddətində inzibati qaydada həbs olunub.