"BakıKart" yükləmə terminallarında artıq məhdud istifadə üçün nəzərdə tutulan gediş kartları satılmayacaq. Bunu oktyabrın 27-də APA-ya Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev bildirib.
Satışın dayandırılmasının səbəbi yeni üsullarla balans yükləmə xidmətləridir.
“Artıq onlayn ödəniş üsulu mövcuddur. Yaxın zamanda isə NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq deyə, artıq onlara ehtiyac yoxdur", - Mais Ağayev bildirib.