Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu barədə aprelin 9-da APA məlumat verib.
Albalılıq yaşayış sahəsində qonşular arasında əlbəyaxa dava düşüb. O zaman, 34 yaşlı sakin qonşusu tərəfindən bıçaqlanıb. Xəsarət alan xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.