top
Mateuş Koxalskidən sensasion çağırış: “Məni aparın” - FOTO
26 fevral 2026, 02:59
- ↺ +

Mateuş Koxalskidən sensasion çağırış: “Məni aparın” - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasında “Nyukasl”a qarşı keçirilən oyunlardan sonra İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini açıq şəkildə bəyan edib. Koxalski "Nyukasl"a qarşı oyundan sonra Eddi Houya müraciətlə, "gəl və məni apar" ifadəsini işlədib. İki oyunun cəmində qapısından doqquz qol buraxmasına baxmayaraq, 25 yaşlı qolkiper göstərdiyi oyunla rəqib tərəfin rəğbətini qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə İngiltərənin "The Sun" nəşri yazıb. Koxalskinin performansı xüsusilə “Nyukasl”ın ulduzu Entoni Qordon tərəfindən yüksək qiymətləndirilib. Bakıda keçirilən və “Qarabağ”ın 1:6 hesablı məğlubiyyəti ilə başa çatan ilk görüşdə polşalı qapıçı komandasının ən yaxşısı olub. O, həmin oyunda səkkiz seyv edərək hesabın daha da böyüməsinin qarşısını alıb. Çərşənbə axşamı baş tutan cavab qarşılaşmasında (2:3) isə o, daha beş dəfə komandasını qoldan xilas edib.

Hazırda “Nyukasl”ın baş məşqçisi Eddi Hau yeni qapıçı axtarışındadır. İcarə əsasında komandada olan Aaron Ramsdeylin çıxışı rəhbərliyi tam qane etmədiyi üçün klubun transfer siyahısında “Mançester Siti”nin üzvü Ceyms Traffordun da adı var. Lakin Koxalski bu çıxışı ilə həm Haunun, həm də digər Premyer Liqa klublarının diqqətini çəkəcəyinə ümid edir.

Koxalski “Nyukasl”la oyundan sonra İngiltərə mətbuatına geniş müsahibə verib. O, doqquz qol buraxmasına baxmayaraq, göstərdiyi oyunun Premyer Liqa skautlarının diqqətindən qaçmadığına ümid etdiyini bildirib.

“Sun Sport” nəşrinin yazdığına görə, 25 yaşlı qolkiper karyerası ilə bağlı iddialı hədəflərini bölüşüb:

“İngiltərəyə transfer olunmaq mənim ən böyük xəyalımdır. Ümid edirəm ki, bu oyunları təkcə azarkeşlər izləməyib. Premyer Liqa və ya Çempionşip klublarının skautlarının məni izlədiyinə və gələcəkdə transferimə çalışacaqlarına ümid edirəm. İki oyuna doqquz qol buraxdığım üçün, əlbəttə ki, xoşbəxt deyiləm. Lakin insanların çıxışım barədə müsbət danışması mənim üçün böyük motivasiyadır”.

Koxalski ilk matçda ona dörd qol vuran Entoni Qordonun oyunsonu ona yaxınlaşaraq dəstək verdiyini də vurğulayıb:

“Künc zərbəsi zamanı etdiyim səhvdən sonra Entoni Qordon yanıma gəldi və dedi: “Qəzəblənmə, sən çox yaxşı qapıçısan, belə də davam et”. Belə böyük oyunçudan bu sözləri eşitmək mənə əlavə güc verir”.

Polşa millisinə çağırılmağı hədəfləyən qapıçı gələn ay keçiriləcək Dünya Çempionatının pley-off mərhələsi barədə də danışıb:

“Milli komandada oynamaq da əsas hədəflərimdən biridir. Böyük liqalarda çıxış edən təcrübəli qapıçılarımız çoxdur, lakin ümid edirəm ki, pley-off oyunlarına və Dünya Çempionatına çağırılacağam. Təbii ki, son qərar məşqçinindir”.

Qeyd edək ki, 2024-cü ildə “Qarabağ”a transfer olunan Mateuş Koxalski daha əvvəl Polşanın “Legiya Varşava” və “Stal Melets” klublarında çıxış edib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
22 oktyabr 2026, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Oxşar xəbərlər