Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur. Bunu oktyabrın 6-da Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi deyib.
Onun sözlərinə görə, avtobuslar pandemiyadan əvvəl hansı qaydada fəaliyyət göstərirdisə, indi də eyni qaydada, yəni İran ərazisindən keçməklə hərəkətini davam etdirir. Gün ərzində Bakıdan Naxçıvan istiqamətində 2 avtobus yola çıxır.