Bakıda bir ailənin üzvləri binanın damına çıxaraq intihar etməyə cəhd ediblər. Bu barədə DİN-in rəsmisi Ehsan Zahidov APA-ya oktyabrın 2-də bildirib.
Hadisə paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verib. APA-nın məlumatına əsasən, intihara cəhdin səbəbi onların yaşadıqları binanın sökülməsidir.
Ailə ilə aparılan izahedici söhbətlər nəticəsində intiharın qarşısı alınıb.
Baş Prokurorluğun həsabatına görə, cari ilin birinci yarısında baş vermiş intihar hadisələri nəticəsində 239-u kişi olmaqla, 322 nəfər həyatını itirib. Bu hadisələrin 115-i paytaxtda qeydə alınıb.