Bu il Bakı şəhəri üzrə əmək qanunvericiliyinin pozulması ilə bağlı 497 inzibati xəta aşkarlanıb. Bu səbəbdən hüquqi və fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunub. Bu barədə 22 oktyabr tarixində Dövlət Əmək Müfəttişliyi Xidmətinin facebook səhifəsində məlumat verilib.
Müfəttişliyin Bakı Şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun sözlərinə görə, qanun pozuntusu daha çox tikinti sektorunda müqaviləsiz işləmək məsələsi ilə bağlı olub.
“İctimai iaşə, ticarət obyektlərində isə son illər əmək müqaviləsi bağlamadan işlərə cəlb olunma faktları demək olar ki, olmayıb”, - deyə Həmid Ədhəmov əlavə edib.
2020-2021-ci illər ərzində 118 əmək müqaviləsiz işləyən şəxslərlə bağlı inzibati icraata başlanılıb. Ümumilikdə 1 milyon 310 min manat dəyərində cərimələr tətbiq olunub.