Oktyabrın 22-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar. Bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Arenada gimnastikanın 7 növü üzrə məşqlər keçirilir. Binada məşqçi və həkim otaqları, istirahət otaqları, hovuz, fitnes və xoreoqrafiya zalları fəaliyyət göstərir. Yeni binada eyni vaxtda 100 nəfər məşq edə bilər. Binada idmançıların yaşayışı üçün 60 çarpayılıq 19 otaq var.
Gələn ay burada batut gimnastikası üzrə Dünya Çempionatının keçirilməsi nəzərdə tutulur.
2014-cü ildə Bakıda istifadəyə verilən Milli Gimnastika Arenası idmanın bu növünün inkişafına geniş imkanlar açıb.
[URIS id=11084]