Qobustanda metal dayaqlar oğurlayan şəxslər tutulub. Bu barədə aprelin 12-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, rayonun Bədəlli kəndində “Azərenerji” MMC-yə məxsus istismardan çıxarılmış 11 446 manat dəyərində metal dayaqlar oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 5 nəfər Şamaxı sakini saxlanılıb.