Bakıda və Abşeron yarımadasında aprelin 13-də havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Bakıda gecə 10-12°, gündüz 12-14° isti olacaq.
Rayonlarda sabah bəzi yerlərdə şimşək çaxacağı, havanın arabir yağıntılı olacağı gözlənilir. Dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 8-13°, gündüz 17-22°, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaq.