top
Rusiya təcavüzünün 4 ili - Ukraynadakı müharibə Azərbaycandan da yan ötmədi
23 fevral 2026, 21:52
- ↺ +

Rusiya təcavüzünün 4 ili - Ukraynadakı müharibə Azərbaycandan da yan ötmədi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Rusiyanın Ukraynaya təcavüzünün dördüncü ildönümüdür. 2022-ci il fevralın 24-də Putinin əmri ilə Ukrayna Rusiya ordusunun hədəfinə çevrildi.

Kremldə bu hərbi əməliyyatların qısa bir zamanda tamamlanacağını, zəfərin tezliklə Kiyevdə qeyd olunacağını planlamışdılar. Hətta hakimiyyətin təbliğat ruporları müharibənin mayın 9-da – faşizm üzərində qələbənin ildönümünə təsadüf edəcəyini proqnozlaşdırırdılar. Amma Putinin “blitzkriq” planı iflasa uğradı, daha doğrusu mərd Ukrayna xalqı bu planı iflasa uğratdı. Eyni ilə bir zamanlar Hitlerin SSRİ-yə dair cızdığı planlar kimi. Hitler demişkən...
Tarixə Böyük Vətən müharibəsi kimi düşən 1941-1945-ci il savaşı 1418 gün davam etmişdi. Rusiyanın Ukraynaya təcavüzü və Ukrayna xalqının öz azadlığı və suverenliyi uğrunda mübarizəsi isə artıq 1461 gündür ki, davam edir. İndi ruslar faşizmlə döyüşlərdə çiyin-çiyinə dayandıqları ukraynalıların qanına susayıblar. On minlərlə dinc sakin qətlə yetirilib, o cümlədən uşaqlar, qocalar, qadınlar. Və bu dəhşətin nə zaman bitəcəyi də bəlli deyil. Səbəb isə Rusiyanın əsirlərdir davam edən və mahiyyətcə qətiyyən dəyişməyən imperiya ambisiyalarıdır. Bu təcavüzkar müharibədə rusların aşkar müttəfiqləri də məsələnin nə yerdə olduğundan tam dolğun təəssürat yaradır – Şimali Koreya və İran. İran demişkən...
Özünü dünyaya İslam dövləti kimi tanıtdırmağa cəhd göstərən cənub qonşumuz rusları minlərlə “Şəhid” dronları ilə təchiz etdi və bununla da növbəti dəfə maskasını yırtdı. Çünki bu dronların Ukraynanın müxtəlif yaşayış məntəqələrindəki dinc sakinlərinin həyatlarına son qoyacağını əvvəlcədən bilirdi. İranın ikiüzlü siyasətinin növbəti təzahürü – İslam hara, dinc əhalinin qətlinə yardım hara? Hərçənd azərbaycanlıları bununla təəccübləndirmək olmaz. 30 il erməni işğalından əziyyət çəkən müsəlman məmləkətini görməzdən gələn, bir milyon müsəlman qaçqınını, on minlərlə qətlə yetirilən günahsız müsəlmanı vecinə almayan, daşnakların məscidlərdə donuz saxlamasına rəğmən onları ən yüksək səviyyədə Tehranda qəbul edib əl sıxan bir dırnaqarası islam dövləti işğalçı Rusiyaya niyə də silah ötürməsin? Necə deyərlər, vicdan çoxdan itirilib. Azərbaycan demişkən...
Bu 4 illik müharibə Azərbaycandan da yan ötmədi. İlk gündən rəsmi Bakı mövqeyini ortaya qoydu: dünya birliyi tərəfindən tanınan sərhədlər silah gücünə dəyişdirilə bilməz, bu, yolverilməzdir. Bu illər ərzində dövlətimizi Ukraynaya hərtərəfli humanitar yardım da göstərdi. Və, daha bir, olduqca acınacaqlı fakt. 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Embraer E190AR" təyyarəsi Çeçenistan səmasında Rusiya Havadan Müdafiə Qüvvələri tərəfindən vuruldu. Nəticədə 38 nəfər həlak oldu. Bu da rusların bizə növbəti “töhfəsi” oldu.
Müharibə isə davam edir.

Təəssüf ki, müasir dünyada təcavüzkar Rusiyanı durduracaq real qüvvə yoxdur. Odur ki, elə bu anda rus bombaları və raketləri ilə Ukraynada yenə də uşaqlar, qocalar, qadınlar qətlə yetirilir... Ümid isə ədalətin gec-tez bərqərar olacağı günədir.

Xəlil Qayıbov

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
22 oktyabr 2026, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Oxşar xəbərlər