Sabah Bakının Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Bu barədə 11 aprel tarixində "Azərsu" ASC məlumat verib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.