Bakıda və Abşeron yarımadasında aprelin 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 9-11°, gündüz 17-19° olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz olacaq. Lakin bəzi şimal və qərb ərazilərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13°, gündüz 23-28°, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.