Azərbaycanda oktyabrın 9-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə İnsanoid.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-26° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.