top
Səhiyyə Nazirliyi Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışını edib
01 aprel 2026, 02:36
- ↺ +

Səhiyyə Nazirliyi Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışını edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni klinika ölkə vətəndaşlarına beynəlxalq standartlara uyğun rekonstruktiv və estetik cərrahiyyə xidmətləri göstərəcək.

İnsanoid.com xəbər verir ki, Səhiyyə Nazirliyi fəaliyyətə başlayan yeni klinikaya mediatur təşkil edib. Mediatur zamanı jurnalistlərə məlumat verən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov bildirib: “Klinikanın yaradılması Azərbaycan tibb tarixində yeni mərhələdir. Bu klinikanın yaradılması ölkəmizdə yüksək texnologiyalı tibbin inkişafı istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Klinika həm tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrların hazırlanmasına güclü töhfə verəcək.”

Nazim Pənahov qeyd edib ki, klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir. Travmalar, yanıqlar, onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması və estetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzin yaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçün xarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalq standartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək.








Klinikanın baş həkimi Dilqəm Məmmədov mediatur zamanı jurnalistlərə bildirib: “Klinika yüksək ixtisaslı tibbi xidmətə əlçatanlığı təmin edəcək, əlillik hallarını və funksional itkiləri azaltmağa, pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edəcək. Burada psixoloji və sosial reabilitasiya xidmətləri göstəriləcək, estetik problemlərin həlli insanların özünəinamının artmasına dəstək verəcək.”

Dilqəm Məmmədov qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir. O, rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq.








Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.

Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək.








Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir.

Klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsində plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.





Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Bu gün, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Bu gün, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Bu gün, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Bu gün, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Bu gün, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Bu gün, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Bu gün, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Bu gün, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Bu gün, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Bu gün, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Bu gün, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Bu gün, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
Dünən, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
Dünən, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
Dünən, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
Dünən, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
Dünən, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
Dünən, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
Dünən, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
Dünən, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Cəmiyyət
Dünən, 12:30

Azərbaycanda qazla işləyən kombilər LƏĞV EDİLİR - Elektrikə KEÇİD

Oxşar xəbərlər