Lerik rayon sakini Bakı şəhərinin ərazisində saxta COVID-19 pasportları satıb. Bu haqda oktyabrın 23-də DİN məlumat verib.
O, həmyerlilərinin guya vaksinasiya olunmaları barədə məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirib.
Polisin keçirtdiyi əməliyyat zamanı qanunsuz fəaliyyətlə məşğul olan 3 nəfər şəxs saxlanılıb və 3 ədəd saxta COVID-19 pasportu tapılaraq götürülüb.
Daha sonra məlum olub ki, Lerik sakini 79 şəxsin saxta COVID-19 pasportunu özü ilə paytaxta gətirib. Onun telefonunda 300-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqələrinin şəkilləri aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.