Şirvanda ana və azyaşlı qızı binadan yıxılaraq ölüblər. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 3 avqust tarixində xəbər verir.
Hadisə Şirvan şəhərində qeydə alınıb.
Beşmərtəbəli binada qonaq olan Kərimova Aygün və onun 5 yaşlı qızı K.Z. 6-cı mərtəbədən yıxılaraq ölüblər.
Faktla bağlı araşdırma aparılır.