Azərbaycan şahmatçısı Teymur Rəcəbov ölkə çempionatında mübarizəni davam etdirməyəcək.
Bu barədə İnsanoid.com Şahmat Federasiyasına istinadən məlumat verir.
Rəcəbov bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.
Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib.