Keçən il bu gün, oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir neçə kəndini işğalçılardan azad etmişdir. Bu haqda Prezident öz Twitter səhifəsində paylaşım etmişdir.
Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 25, 2020
Prezidenti İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində bildirmişdir: “Bizim muzdlulara ehtiyacımız yoxdur. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik”.
Həmin gün İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib: “Biz öz torpaqlarımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik”, - deyə Prezident bildirmişdir.
Oktyabrın 25-də cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirmişdir. Müdafiə Nazirliyi bu barədə video paylaşmışdır:
[playlist type="video" ids="11167"]