2020-ci ilin oktyabrın 28-də Ermənistan kaset bombalardan istifadə etməklə Bərdə şəhərini atəşə tutmuşdur. Nəticədə 21 mülki şəxs həlak olmuşdur, 70-ə yaxın şəxs yaralanmışdır.
Eyni gündə Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndi işğaldan azad edilmişdir. Bununla bağlı Prezident İlham Əliyev Twitter hesabında paylaşım etmişdir:
Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 28, 2020
İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə vermişdir: “Qafqaz regionunda tarixən erməni etnosu olmayıb. Onlar buraya necə gəlib çıxıblar – məhz belə yolla, hiyləgərliklə, məkrliliklə”.
“Paşinyanın Dağlıq Qarabağın Ermənistan olduğunu söyləməsi müzakirə prosesinin tabutundakı son mismar oldu”, - Prezidentin köməkçisi Hikmət Hacıyev ABŞ-ın “New York Times” qəzetinə bildirib.
“The final nail in the coffin of the negotiation process was when Pashinyan said that Nagorno-Karabakh was Armenia,” said Hikmet Hajiyev
Roots of War: When Armenia Talked Tough, Azerbaijan Took Action https://t.co/KXHMDEYZsA— Hikmet Hajiyev (@HikmetHajiyev) October 27, 2020
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Vətən müharibəsinin başlandığı gündən 2020-ci ilin oktyabrın 28-dək 69 mülki şəxs qətlə yetirilmiş, 322 nəfər isə yaralanmışdır.