top
Vətən Müharibəsinin 27-ci gününün XRONİKASI
22 oktyabr 2025, 13:01
- ↺ +

Vətən Müharibəsinin 27-ci gününün XRONİKASI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adı verilən əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində təxminən otuz illik işğala son qoyuldu və ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu böyük Zəfər, tariximizə qızıl hərflərlə yazılıb.

İnsanoid.com Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 27-ci günü:

– Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etdi. Bu barədə Prezident İlham Əliyev rəsmi tviter hesabında məlumat yayıb.

– Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri də işğaldan azad edildi.

– Prezident İlham Əliyev, Qubadlının azadlığı uğrunda şəhid olan Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

– Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Ordusunun əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl və Qubadlı cəbhələrində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin dayaq məntəqələri dağıdılıb və mühüm ərazilər azad edilib. Cəbhə boyunca düşmənin əsas ehtiyatları və hərbi infrastrukturu məhv edilib, Ermənistan ordusunun idarəetmə sistemləri iflic olub. Tavuş və Sisian rayonlarından gətirilən erməni qüvvələri döyüşməkdən imtina edərək mövqelərini tərk edirlər.

– Ermənistan ordusuna məxsus iki pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib, digər iki PUA xüsusi texniki vasitələrlə yerə endirilib. Ağcabədi istiqamətində uçuş keçirməyə cəhd edən bir PUA məhv edilib.

– Ermənistanın yaşayış məntəqələrimizə ağır artilleriya və raketlərlə atəş açması nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 12:00-dək 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb, 2156 ev, 90 çoxmənzilli bina və 398 mülki obyekt dağıdılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

– Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və texnikalarının məhv edilməsini əks etdirən videogörüntülər paylaşıb, həmçinin cəbhənin Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri, artilleriya bölmələri və komanda məntəqələrinin məhv edilməsi barədə görüntülər yayımlayıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər