Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb.
İqtisadiyyat.az xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı açıqlama verilib.
Qeyd olunub ki, ötən gündən başlayaraq bazarın yaxın ətrafında küçə ticarətinin yığışdırılmasına, ərazidə səliqə-sahmanın bərpa olunmasına start verilib.
Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində küçə tiçarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır.
[playlist type="video" ids="201736"]