Xırdalan şəhərinin Məmməd Əmin Rəsulzadə küçəsində avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda aprelin 9-da APA məlumat yayıb.
Bir neçə gün öncə "VAZ-21074" markalı avtomobil yolu keçən 70 yaşlı sakini vurub. Yaralı Respublika Klinik Xəstəxanasına yerləşdirilib, lakin orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.