top
Xalq artisti Bilal Əliyev: “Özümlə fəxr edirəm” – MÜSAHİBƏ
11 fevral 2025, 04:35
- +

Xalq artisti Bilal Əliyev: “Özümlə fəxr edirəm” – MÜSAHİBƏ

“Mən özümü şou-biznesdə yox, Azərbaycan mədəniyyətində görürəm”.

Bu sözləri Bakuplus.az-a müsahibəsində Xalq artisti Bilal Əliyev deyib.

Müsahibəni təqdim edirik:

– Bilal bəy, necəsiniz? İşləriniz necə gedir?

– İşlərim qaydasında gedir, özüm də yaxşıyam. Xalqıma, elimə, obama bacardığım qədər xidmət etməyə çalışıram. Daim xalqımın keşiyində dayanan bir sənətkaram. Haqqı, ədaləti və düzgünlüyü təbliğ edən bir şəxsəm. Hər kəs kimi özüm üçün yaşayıram.

– Son zamanlar efirlərdə çox az-az görünürsünüz. Bunun səbəbi nədir? Televiziyaların fəaliyyətindənmi narazısınız?

– Televiziyalarda bəzi gənc aparıcılar var ki, özlərinə yaxın olan sənətçiləri tanıtmaq üçün efirə dəvət edirlər. Bizləri ikinci plana atmağa çalışırlar. Efirə layiq olmayan insanları üzə çıxarıb, nümayiş etdirmək istəyirlər. Bu da mənim xoşuma gəlmir. Bəzi televiziya aparıcılarının fəaliyyətindən narazıyam.

–  Artıq 2025-ci ilin ikinci ayını yaşayırıq. 2024-cü il sizə görə necə keçdi? Yaradıcılığınızda nə kimi yeniliklər oldu?

– 2024-cü il mənim üçün çox uğurlu keçdi. Çünki ötən il mən 20-dən yuxarı mahnı bəstələmişəm. Bəzilərinin hətta sözləri də özümə məxsusdur. Çoxu mənə uğur gətirdi. İndi də bütün konsertlər və şou-proqramlarda çıxış edən zaman onları səsləndirirəm. Onlardan biri “Gəlin, itirməyək dostları, qardaş”, digəri  “Rəssam, sevgilimin rəsmini çək”… Toy haqqında da bir mahnı bəstələmişəm. Onun sözləri də özümə aiddir. Hamı məndən xahiş edir ki, toyların açılışını o mahnı ilə başladım. Mahnılarımın hər biri mənə uğur gətirib.

– Gənc ifaçılardan kimləri dinləyirsiniz? Gənclərə ümidiniz varmı?

– Gənclərə çox ümidim var. Gənc ifaçılar sırasında 10-a yaxın istedadlı xanəndələrimiz, müğənnilərimizi tanıyıram ki, onlara əhsən deyirəm. Çox gözəl ifaçıdırlar. Lakin adların çəkmək istəmirəm.

– Yəqin ki müşahidə edirsiniz, indi sosial şəbəkə ilə məşhurlaşan müğənnilər daha çoxdur. Bayağı mahnıları ilə tanınıb, toylara gedirlər. Müğənnilər nə üçün ancaq toya getməyi, bunu biznesə çevirib, pul qazanmağı düşünürlər?

– Tarixi keçmişə nəzər salsaq, istedadlı, qocaman sənətkarlarımız belə toylara gediblər. Toylarda püxtələşiblər. Ondan sonra professional səhnəyə gəliblər və öz sözlərini deyiblər. Toylarda sənət öyrənmək dəb idi. Çünki toy musiqinin beşiyi idi.

Lakin bu gün çox təəssüf ki, bayağı müğənniləri akademik musiqinin başına qoymaq istəyirlər. Bu da uçuruma aparır. Hər bir sənətkar gərək addım-addım yüksəlsin. Sosial şəbəkələrdən də düzgün istifadə etmək lazımdır. Sosial şəbəkə ona görə deyil ki, tanınmış adamları və ziyalıları təhqir edəsən. İnsanların səsi, sözü daha tez bir-birinə çatması üçün sosial şəbəkələr yaradılıb. Çox təəssüf ki, bizdə insanlar düzgün istifadə etmir. Bu dəqiqə sosial şəbəkələrə daxil olmaq mümkün deyil, ancaq təhqiramiz ifadələr ilə üzləşirsən. Biabırçı, seksual xarakterli görüntülər artır. Xanımlar pul qarşılığında soyunurlar. Soyuna-soyuna deyirlər ki, şir atın, bir az da soyunum. Sadəcə biabrıçılqıdır.

– “TikTok” sosial şəbəkəsindən siz də aktiv şəkildə istifadə edirsiniz.

– Bəli, mən indi də istifadə edirəm. Hətta bəzən canlı da açıram. Belələrinə görə sosial şəbəkədən qaçmaq lazım deyil. İnsanlara da müraciət edirəm. Ziyalılar hamısı şəbəkələrə gəlməlidirlər. Şərəfsiz insanlar var ki, onların qarşısı alınmalıdır. Kişi xeylağıdır, lakin qadın libasında canlı açır. Bu tip insanlara ziyalılarımız bir ağızdan hər biri cavab verməlidir. Çox təəssüf ki, ziyalılarımız hamısı abrına bükülüb, heç nə demirlər. Neçə dəfə olub həmin ziyalılar deyib ki, sən o söyüş yazana yaxşı cavab verdin. Sakitcə izləyirlər. Reaksiya vermirlər. Sən ziyalısansa, cavab verməlisən. Susmamalısan. Qüsurlarımızı düzəltməliyik. Onlar xalqı gözdən salmağa çalışırlar.

– Özünüzü şou-biznesdə görürsünüzmü?

– Xeyr, mən özümü şou-biznesdə yox, Azərbaycan mədəniyyətində görürəm. Azərbaycan mədəniyyətinin inkişafında zəhməti olan bir zəhmətkeş sənətkar kimi görürəm. Özümlə fəxr edirəm.

– Azərbaycanda sizdən zil səsi olanlar var? Hətta bəzi müğənnilər var, deyirlər ki, 4 oktava səsim var. Sizin səsiniz neçə oktavadır?

– Bunu anlamaq üçün insanların gərək musiqi duyumu olsun. Bir insan ki, deyir 4 oktava səsim var. O düzgün deyil. 4 oktava mümkün deyil. 2.5 oktava desələr, inanaram. Mənim özümə də aiddir. Yalançı səslər ilə 3 oktava etmək olar. Ondan artıq səs dünyada görməmişəm. Mənim səsim 2.5 – 3 oktavaya yaxındır.

– Ümumiyyətlə toylara dəvət alırsınızmı?

– Toylara gedirəm. Lakin əvvəlki kimi getmirəm. Artıq 66 yaşım olacaq. İşimi elə qururam ki, yarım saat ifa edim. Gözəl əsərlər oxuyub, evimə qayıdıram. Qazancım da normaldır. Dolanırıq. Şikayətim yoxdur.

Nəzrin Vahid

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:48

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

Bütün Xəbərlər
Bu gün, 13:35

Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib

Bütün Xəbərlər
Bu gün, 13:22

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Bütün Xəbərlər
Bu gün, 13:19

Azərbaycanda alimlərin maaşları artırılacaq? – Ölkədə nə qədər elm adamı var?

Bütün Xəbərlər
Bu gün, 12:41

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:03

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

Bütün Xəbərlər
Bu gün, 10:07

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Bütün Xəbərlər
Bu gün, 09:46

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

Bütün Xəbərlər
Bu gün, 09:32

UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb

Bütün Xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
25 iyul 2026, 16:42

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Bütün Xəbərlər
25 iyul 2026, 15:56

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün Xəbərlər
25 iyul 2026, 15:53

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Bütün Xəbərlər
25 iyul 2026, 15:23

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Bütün Xəbərlər
25 iyul 2026, 14:34

Reper P. Diddy həbsxanadakı davadan sonra təkadamlıq kameraya köçürülüb

Bütün Xəbərlər
25 iyul 2026, 14:15

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
25 iyul 2026, 13:47

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

Bütün Xəbərlər
25 iyul 2026, 13:04

Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
25 iyul 2026, 12:35

Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
25 iyul 2026, 09:36

İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək

Bütün Xəbərlər
25 iyul 2026, 09:29

Tramp ermənipərəst konqresmen Adam Şiffi yekəbaş adlandırıb

Bütün Xəbərlər
25 iyul 2026, 00:17

"Dövlət xəstəxanalarında ürəyin MRT-si niyə yoxdur?" - Aparıcıdan ETİRAZ

Bütün Xəbərlər
24 iyul 2026, 20:38

"Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!

Bütün Xəbərlər
24 iyul 2026, 16:01

Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olundu

Oxşar xəbərlər