Dövlət Məşğulluq Agentliyi və “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında memorandum imzalanıb. Bu barədə 27 oktyabr tarixində Agentliyinin saytında məlumat verilib.
Sənədə əsasən, Yevlax və ətrafdakı rayonların ərazisində yaradılacaq pilot aqroparkda həmin rayonun ərazisində məskunlaşmış işaxtaran və işsiz şəxslərin müvafiq işlə təmin olunmasına, həmçinin peşə hazırlığının təşkil edilməsinə köməklik göstəriləcək.