top
Zaqatalanın təhsil tarixində ilk: eyni ildə 5 məzun məktəbi qızıl nişanla bitirib
25 avqust 2025, 23:55
- ↺ +

Zaqatalanın təhsil tarixində ilk: eyni ildə 5 məzun məktəbi qızıl nişanla bitirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən tədris ilinin nəticələrinə əsasən Zaqatala rayonunun ümumtəhsil məktəblərindən məzun olan 5 nəfər qızıl nişana layiq görülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu göstərici rayonun təhsil həyatında ilk uğurlu nəticə kimi tarixə düşüb. Qeyd edək ki, indiyədək respublikanın heç bir kəndi rayonu eyni ildə bu qədər yüksək nəticə əldə etməyib.

AZƏRTAC-ın əməkdaşı bu günlərdə Zaqatala məzunları ilə görüşüb, onların uğur hekayələrini dinləyib, gələcək planları ilə maraqlanıb. Görüş yeri kimi Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü lisey seçilib. Çünki qızıl nişan sahiblərindən 3-ü məhz bu liseyin məzunudur. Digər məzunlar da müxtəlif müsabiqə və yarışlarda tez-tez bu təhsil ocağında bir araya gəldiklərindən məkan hər kəs üçün əlverişli idi.

“Sabahın alimləri” respublika müsabiqəsinin qalibi, ölkəmizi ABŞ-də təmsil edən Hacı Hacıyev ilə Vətən müharibəsi illərindən tanış idik. Onun atası, hərbçi zabit Abakar Hacıyev torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olub. Hacı deyir: “Respublika müsabiqəsində qızıl medal qazandıq və Amerikada ölkəmizi uğurla təmsil etdik. Uşaqlıqdan kompüter sahəsinə marağım var. Buna görə də ADA Universitetində kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisaslarını seçmişəm. İnşallah, bu sahədə də ölkəmə faydalı gənc olacağam”.

Liseyin digər məzunu, qızıl nişan sahibi Banu Musayeva isə Qarabağ Universitetində təhsilini davam etdirmək niyyətindədir. “Əziz Şuşa, sən azadsan” müsabiqəsinin qalibi olan Banu tibb sahəsini seçib və Qarabağda təhsil almağı arzulayır.

Nurlan Qurbanov isə 9-cu sinifdən respublika fənn olimpiadalarında iştirak edib və həmişə medalla geri dönüb. Ona görə də məktəbdə ona “alim” deyirlər. Nurlan biologiya üzrə 9-cu sinifdə bürünc, 10-cu sinifdə isə gümüş medal qazanıb. Bu il isə yüksək nailiyyətlərinə görə qızıl nişana layiq görülüb. O, gələcəkdə həkim olmaq istəyir.

Balacaboy, lakin uğurlu məzun Xəyalə Göxbarax kənd tam orta məktəbini bitirib. Dəfələrlə olimpiada qalibi olan Xəyalə atasının arzusu ilə riyaziyyat müəllimi olmaq və kəndinə qayıdaraq fəaliyyətini davam etdirmək istəyir. Onun sözlərinə görə, qazandığı uğurların əsas səbəbi anasının zəhmətidir. Anası dil-ədəbiyyat müəllimi olduğundan Xəyalə bütün müsabiqə və olimpiadalara onun dəstəyi ilə hazırlaşıb.

Digər qızıl nişan sahibi Əlibali Əlibəyov Əliabad qəsəbəsinin 4 nömrəli tam orta məktəbini bitirib. Uşaqlıqdan texnologiyaya marağı olan Əlibali 7-ci sinifdən robototexnika ilə məşğul olmağa başlayıb. O, “Teknofest”, Dünya Robot Olimpiadası, “Sabahın alimləri” müsabiqəsi və AİSEF kimi yarışlarda iştirak edərək təcrübə qazanıb. Əlibali deyir: “Məktəbdəki nəticələrim və topladığım bala görə qızıl nişana layiq görüldüm. Kompüter mühəndisliyi sahəsində təhsil almaq üçün ADA, Xəzər və ya Dövlət Neft və Sənaye universitetlərindən birini seçmək istəyirəm”.

Zaqatalanın təhsil həyatında tarix yazan məzunlar müəllimləri ilə bir araya gələrək həm uğurlarını xatırladılar, həm də gələcək planlarını bölüşdülər.

Qeyd edək ki, ötən tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində 12 məzun qızıl, 3 nəfər isə gümüş medal qazanıb.

Son xəbərlər

Siyasət
Bu gün, 18:22

Ərdoğanın baş müşaviri Oqtay Saral istefa verir? Türkiyə mediasında yeni iddia

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Oxşar xəbərlər