top
AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verib
Bu gün, 17:01
- +

AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Hava Yolları (AZAL) yeni nəsil təyyarələrdə sərnişinlər üçün internet xidmətinin təşkili ilə bağlı müraciətinə razılıq verib.

Bu barədə İnsanoid.com Dövlət Agentliyinə istinadən xəbər verir.

Qərar Rəqabət Məcəlləsinin təbii inhisar subyektlərinin müəyyən hərəkətlərinə nəzarəti nəzərdə tutan müddəalarına uyğun aparılan araşdırmanın nəticəsində qəbul edilib.

Araşdırma zamanı təyyarələrdə internet xidmətinin təşkili ilə bağlı müqavilələr və digər hüquqi sənədlər təhlil olunub. Nəticədə Dövlət Agentliyi internet xidmətinin yalnız sərnişinin öz seçimi əsasında təqdim edilməsi şərti ilə Azərbaycan Hava Yollarının müraciətini müsbət qiymətləndirib.

Report.az-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, yeni xidmət çərçivəsində internet bağlantısı "Viasat" peyk rabitəsi texnologiyası vasitəsilə təmin olunacaq.

Qeyd edilib ki, sərnişinlər uçuş zamanı sərfəli qiymətlərlə limitsiz, yüksək sürətli internetdən istifadə edə biləcəklər.

Biznes sinfi sərnişinləri, eləcə də "AZAL Miles" loyallıq proqramının "Elite" və "Platinum" statuslu üzvləri bortdaxili internet xidmətindən ödənişsiz yararlana biləcəklər. Bunun üçün internetə qoşulma portalında ad, soyad və oturacaq nömrəsini daxil etmək kifayətdir.

İnternetə qoşulma portalı vasitəsilə sərnişinlər, həmçinin heç bir əlavə ödəniş etmədən uçuşdaxili əyləncə sisteminə qoşularaq film, musiqi və digər rəqəmsal məzmunlardan istifadə edə bilirlər.

"Uçuşdaxili internet xidməti hazırda AZAL-ın yeni nəsil "Airbus A320neo" və "Airbus A321neo" tipli təyyarələrində mövcuddur. Gələcəkdə donanmaya qoşulacaq bütün yeni nəsil hava gəmilərində də bu xidmət sərnişinlərin istifadəsinə veriləcək", - məlumatda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 15:37

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bütün Xəbərlər
Bu gün, 13:19

Sabah Bakıda 35 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:52

Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib

Bütün Xəbərlər
Bu gün, 11:40

Tiktoker "Arzum9999" məhkəmə zalında 5 il 2 ay müddətinə həbs edilib

Bütün Xəbərlər
Bu gün, 11:00

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib

Bütün Xəbərlər
Bu gün, 10:41

Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib

Bütün Xəbərlər
Bu gün, 10:33

Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb

Bütün Xəbərlər
Bu gün, 10:28

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib

Bütün Xəbərlər
Bu gün, 10:26

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 10:21

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Bütün Xəbərlər
Bu gün, 10:15

12 iyulda keçiriləcək qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəzərinə

Bütün Xəbərlər
Bu gün, 09:47

Azərbaycanda Polis Günü qeyd olunur

Bütün Xəbərlər
Bu gün, 09:19

"Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur

Bütün Xəbərlər
Dünən, 16:46

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
Dünən, 15:14

Leyla Əliyeva "Azəripək" ASC-nin fəaliyyəti ilə yaxından tanış olub

Bütün Xəbərlər
Dünən, 14:51

AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır

Bütün Xəbərlər
Dünən, 14:27

Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:34

Vəfat edən qalmaqallı rektor Nurlana Əliyeva kimdir? – DOSYE

Bütün Xəbərlər
Dünən, 13:32

Nurlana Əliyeva vəfat etdi

Bütün Xəbərlər
Dünən, 13:20

"İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsində ittiham aktı elan olunub

Bütün Xəbərlər
Dünən, 12:48

AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb

Bütün Xəbərlər
Dünən, 12:31

Monqolustanda 18 yaşdan kiçik şəxslərə elektrikli nəqliyyat vasitələrini idarə etmək qadağan olunub

Yerli xəbərlər
Dünən, 12:22

Azərbaycan Premyer Liqasında ən dəqiq ötürmə edən "Qarabağ"ın futbolçusu olub

Oxşar xəbərlər