Növbəti ildə hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üzrə 48 milyon manat vəsaitin xərclənməsi proqnozlaşdırılıb.
Bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı 1 noyabr tarixli rəyində əksini tapıb.
Qeyd edilib ki, bu da cari ilin proqnoz göstəricisindən 0,9 milyon manat və ya 1,9%, ilin sonuna gözlənilən icradan isə 4 milyon manat və ya 9,1% çoxdur.