2022-ci ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2,188 milyard manat vəsait ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumatda bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8% və ya 162,5 milyon manat çoxdur.
Qeyd olunub ki, cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin artırılması təmin olunub.