Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb. Bu barədə iyunun 14-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat verib.
Axtarışda olan 76, cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.