Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nizami Məmmədovun həbs müddəti uzadılıb. Bu barədə iyunun 30-da APA məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, həmin müddət 3 ay artırılıb.
Qeyd edək ki, general-mayor martın 3-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdır. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdir.
Vəzifəli şəxs 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.