2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları 10 451,4 milyon manat təşkil edib. Bu vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 64,5% çoxdur. Bu barədə 21 oktyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter hesabında paylaşım edib.
“Vergidaxilolmalarındakı dinamika iqtisadi bərpanın və iqtisadiyyatda şəffaflığın təşviqinin nəticəsidir”, - nazir bildirib.
#Vergidaxilolmaları-ndakı dinamika #iqtisadi bərpanın və iqtisadiyyatda şəffaflığın təşviqinin nəticəsidir.
2/2#EconomyAz pic.twitter.com/eslqJjKi0z
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 21, 2022