2022-ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəzlərin ixrac dəyəri 10% artıb. Bu barədə 18 oktyabr tarixində Dövlət Gömrük Komitəsi məlumat verib.
Hesabata əsasən, çayın ixrac dəyəri 57%-dən çox, alkoqollu və alkoqolsuz içkilərin ixracı dəyəri 35% artıb.
Hesabat dövrü ərzində qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr Rusiya, Türkiyə və Gürcüstandır.