top
Adımızı dəyişsək, taleyimiz dəyişərmi? – Astroloqla ÖZƏL MÜSAHİBƏ
14 aprel 2025, 11:31
- +

Adımızı dəyişsək, taleyimiz dəyişərmi? – Astroloqla ÖZƏL MÜSAHİBƏ

“Yeni doğulan körpəyə ölmüş bir yaxının adının qoyulması tövsiyə edilmir. Körpə ölən şəxsin karmik enerjisini daşıya bilər”.

Bunu Bakuplus.az-a müsahibəsində psixologiya elmləri doktoru, metafizika üzrə usta, Feng Şuy mütəxəssisi, astroloq, ruhani praktikalar üzrə rəhbər və müəllim Məryəm Teymur deyib.

Müsahibəni təqdim edirik:

– Astroloq kimi, sizcə, insanın adı onun taleyinə və xarakterinə necə təsir edə bilər?

– Ad insanın dünyaya gəldiyi vibrasiya kodudur. Bu kod insanın şəxsiyyətini formalaşdırır, özünə inamını, düşüncə tərzini, səs tembrini və özünüifadəsini təsir altına alır. Ad vasitəsilə xarakter xüsusiyyətləri, daxili arxetiplər və enerji potensialı aktivləşir.

– Adlar və astroloji bürclər arasında hansısa əlaqə varmı?

– Bəli, dolayı yolla var. Bəzi adlar müəyyən bürcün arxetipini gücləndirən vibrasiyalar daşıyır. Məsələn, “Elxan” və ya “Camal” adları Şir bürcünün liderlik enerjisinə uyğundur. Ad, həmçinin insanın doğum xəritəsindəki ünsürlərlə uyğun və ya ziddiyyətli ola bilər.

– Ad seçimi zamanı valideynlər nələrə diqqət etməlidirlər?

– Səslərinin enerjisi (yumşaq, sərt, axıcı), adın mənası, ruhani yükü, doğum tarixi ilə rəqəmsal və element baxımından uyğunluğu, soyadla və cəmiyyət içində necə səsləndiyi önəm daşıyır. Ümumiyyətlə ağır taleyə malik insanların adlarından uzaq durmaq lazımdır.

– Adların planet enerjiləri ilə əlaqəsi varmı? Məsələn, hansısa ad müəyyən planetin təsirini daşıya bilərmi?

– Bəli, hər ad müəyyən planetin təsirinə məruz qala bilər. Məsələn: Venera enerjili adlar — yumşaq, zərif, musiqili (Leyla, Aygün), Mars enerjili adlar — güclü, sərt, qərarlı (Ramil, Kənan), Ay enerjili adlar — incə, sakit və intuisiya doludur (Zəhra, Nuray).

– Ad və doğum tarixinin uyğunluğu insanın həyat yolunu necə dəyişə bilər?

 Əgər ad doğum xəritəsindəki faydalı ünsürləri dəstəkləyirsə — insan öz potensialını gerçəkləşdirə bilir. Əgər ziddiyyət yaradırsa — şəxs öz yolundan yayınır, həyatı “özünə aid olmayan” kimi yaşaya bilər.

– Astroloji xəritədə adın rəqəmsal (numeroloji) təhlili ilə hansı məlumatları əldə etmək olar?

– Şəxsi xüsusiyyətlər, ruhani, karmik tapşırıqlar, daxili istedadlar, cəlbedici və itələyici sahələr, peşə istiqamətləri və inkişaf xətti.

– Numerologiyada adın rəqəmi insanın həyatına necə təsir edir?

– Hər hərf müəyyən rəqəmə uyğun gəlir. Adın hərfləri toplanaraq adın vibrasiya rəqəmi çıxarılır. Bu rəqəm insanın həyat missiyasını, davranış modelini və daxili enerjisini formalaşdırır.

– Bəzən insanlar adlarını dəyişirlər. Bu dəyişiklik onların həyatında hansı nəticələrə səbəb ola bilər?

– Adın dəyişməsi ilə vibrasiya sahəsi dəyişir: köhnə həyat ssenariləri arxada qala bilər, yeni münasibətlər, imkanlar və tərz formalaşar, hətta səs tonu, davranış, duruş və həyat ritmi də dəyişə bilər.

– Sizcə, doğum adı ilə gündəlik istifadə olunan ad (ləqəb, qısaltma) arasında fərq varmı? Hansı daha güclü təsir göstərir?

– Bəli. Tam ad — rəsmi enerji daşıyır, taleyə təsir edirQısaldılmış ad — sosial enerji daşıyır, ləqəb — insanın emosional və yaxın çevrədəki enerjisini əks etdirir.

– Sizin təcrübənizdə adı dəyişdikdən sonra həyatı dəyişən insanlar oldumu? Bir nümunə paylaşa bilərsiniz?

– Bəli, tez-tez rast gəlinir. Məsələn, bir xanım Nuray adını İlknur olaraq dəyişdi və 3 ay ərzində həyatı tam dəyişdi — yeni iş, münasibət və daxili rahatlıq qazandı. Doğru ad blokajları açır, insanı enerjisində “səsləndirir”.

– Adın insanın özünə olan münasibətinə və özünə inamına necə təsiri var?

– Adını sevən və qəbul edən insan daha özünəinamlı və aydın olur. Əgər ad insanda narahatlıq və ya utanma hissi doğurursa — bu, onun daxili dəyər hissini zəiflədə bilər.

– Eyni ada malik insanlar bənzər xüsusiyyətlərə sahib olurlar? Yoxsa burada fərdi faktorlar daha önəmlidir?

– Bəli, arxetip səviyyəsində. Məsələn, Aysel adını daşıyanlar çox vaxt həssas, estetik duyumlu və duyğusal olurlar. Amma hər bir insanın doğum xəritəsi fərdidir — fərdi enerji hər şeydən üstündür.

– Yeni doğulmuş körpəyə ad qoyarkən astroloji cəhətdən ən çox nələrə baxmaq lazımdır?

– Doğum xəritəsində əskik və ya artıq olan elementlər, gücləndirilməsi vacib olan ünsür (od, torpaq, metal və s.), Ay bürcü və yüksələn, ağırlıq və karmik yüklü adlardan uzaq durmaq lazımdır.

– Adı ilə taleyi uyğun gəlməyən insanlara nə tövsiyə edirsiniz?

– Yumşaq və pozitiv səsli qısaltmalar istifadə etməli, simvolik və ya ruhani təxəllüs götürməli, ikinci ad əlavə etmək, enerji uyğun deyilsə — adı tam dəyişməlidirlər.

– Ad seçimi ilə bağlı xidmət göstərirsinizsə, bu proses necə həyata keçirilir?

– Bəli. Proses belədir: doğum tarixi üzrə Ba Zı və ya natal analiz, uyğun enerji və ünsürlərin müəyyən olunması, səslər, hərflər və arxetiplərə görə ad seçimi, soyadla uyğunluq testi və yekun tövsiyə və adın mənalarının təqdimatı.

– Sizcə, hansı adların qoyulması məsləhət deyil? Misal gətirin.

– Qız uşaqlarına çox sərt, oğlanlara isə çox yumşaq, ağırlıq daşıyan və travmatik tale ilə bağlı,  aqressiv və mənfi mənası olan  (Zərbə, Həsrət, Qisas), çox yüklənmiş və ağır dini arxetipli adların verilməsindən uzaq durmaq lazımdır.

– Hansı adları qoymaq daha yaxşıdır?

– Yumşaq, axıcı, yüngül səslənən, incəlik və güc balansı olan, asan tələffüz olunan və pozitiv emosional rezonansa malik adlar daha münasibdir. Uşağın doğum elementinə uyğun səs tərkibli adlar (məs., A, M, N, L) uyğun hesab olunur.

– Yeni doğulan körpəyə ölmüş bir yaxının adı qoyulması nə dərəcədə doğrudur?

– Tövsiyə edilmir. Bu, həmin şəxsin karmik enerjisini daşıya bilər. Əgər həmin insanın həyatı nurlu və uğurlu olubsa — ad qoyula bilər, amma xüsusi niyyət və təmizlik ritualları ilə.

– Bəs dini şəxslərin adının qoyulması düzgündürmü?

– Əgər ad neytral və mülayim səslənirsə (Əli, Məryəm, Yusif), vermək olar. Amma çox müqəddəs və simvolik yüklü adlar (Mehdi, İmam, Zəhra) müəyyən daxili məsuliyyət və enerji daşıya bilər. Bu adlar sevgi, dua və dərin niyyətlə verilməlidir.

Hazırda 9-cu dövrdəyik. Bu dövrün əsas ünsürü oddur — yaradıcılıq, qadın enerjisi, ruhani oyanış və daxili işıq dövrüdür. Bu illərdə doğulan uşaqlar üçün adlar yüngül, axıcı, açıq səsli olmalıdır, işıq, incəlik, ruhani zəriflik və sevgi enerjisi daşımalıdır. İlham, Nuray, Ləman, Sevda, İlahə, Elvin, Rəhim — bu tip adlar ruhani yüksəlişi dəstəkləyir.

– Ətrafınızda adının onun həyatına müsbət və ya mənfi təsir etdiyini düşündüyünüz insanlar varmı?

– Bəli. Doğru ad insanın yolunu işıqlandırır, daxili rahatlıq və xarici qəbul gətirir, uyğunsuz ad isə ifadə çətinliyi, zəif özünəinam və passivlik yarada bilər. Ad — bir zəng kimidir. Səni necə çağırırlarsa, həyat da o səslə cavab verir.

Nəzrin Vahid

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:25

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Bütün Xəbərlər
Bu gün, 16:18

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 15:10

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Bütün Xəbərlər
Bu gün, 13:49

Çempionlar Liqasının qrupuna düşən "Sabah" 20 milyon avrodan çox pul qazanıb - İCMAL

Bütün Xəbərlər
Bu gün, 13:15

Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq

Bütün Xəbərlər
Bu gün, 11:05

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Bütün Xəbərlər
Bu gün, 10:09

"Sabah" tarix yazdı, Azərbaycan UEFA reytinqində zirvəyə yüksəldi

Bütün Xəbərlər
Bu gün, 09:02

ABŞ immiqrasiya vizaları ilə bağlı müraciətlərə baxılmasını dayandırıb

Bütün Xəbərlər
Bu gün, 09:00

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bütün Xəbərlər
Dünən, 18:01

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
Dünən, 17:17

Kişi soyuq çaya görə sevgilisini qızdırılmış şişlə dağladı

Bütün Xəbərlər
Dünən, 16:55

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Bütün Xəbərlər
Dünən, 16:41

"Azəripək" "Azərxalça"ya birləşdirilib

Bütün Xəbərlər
Dünən, 16:40

Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib

Bütün Xəbərlər
Dünən, 16:36

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Bütün Xəbərlər
Dünən, 15:23

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Bütün Xəbərlər
Dünən, 12:39

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Bütün Xəbərlər
Dünən, 11:42

Ağdamdakı qətlin təfərrüatı məlum olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək

Bütün Xəbərlər
Dünən, 10:36

Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsə 6 il HƏBS CƏZASI

Bütün Xəbərlər
24 avqust 2026, 17:01

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki "Poyi-Kalon" kompleksi ilə tanış olublar

Bütün Xəbərlər
24 avqust 2026, 17:00

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buxara şəhərində "Ark" qalası ilə tanış olublar

Bütün Xəbərlər
24 avqust 2026, 16:04

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Oxşar xəbərlər