Əfv sərəncamının icrası başa çatıb. Bu haqda mayın 28-də APA məlumat yayıb.
Əfv sərəncamı ümumilikdə 213 nəfərə şamil olunub.
1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək endirilib.
3 şəxs şərti məhkumetmədən azad edilib, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub.