2021-ci ildə Novruz bayramı ərəfəsində əfv edilən şəxs yenidən adam bıçaqladığına görə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu haqda mayın 31-də Qafqazinfo məlumat yayıb.
O, Xətai rayonunun Əhmədli qəsəbəsində 2005-ci il təvəllüdlü yeniyetməni əsassız yerə bıçaqlayıb. Saxlanılan şəxs “Əhmədli” stansiyası yaxınlığında bir nəfərin ona niyə tərs-tərs baxdığını soruşub və cəzalandıracağını deyib.
Daha sonra isə “Dost qapısı” kafesinə gedib orada mübahisəni davam edən zaman bıçaqlanma hadisəsi baş vermişdir.
Yaralı xəstəxanaya çatdırılaraq həyatı xilas edilmişdir.