Ağacları kəsərək avtodayanacaq salmaq istəyən şirkətlə bağlı akt tərtib edilib. Bu barədə oktyabrın 24-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Araşdırma zamanı ağacların avtodayanacaq salınması məqsədilə "Turan 97" MMM tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 8 580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Sözügedən ərazidə kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib.