Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub. Bu barədə 25 oktyabr tarixində Report məlumat verib.
Belə ki, 1969-cu il təvəllüdlü Əsgərov Rafiq Əmir oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisə ilə bağlı araşdırma aparılır.