Ağcabədidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bu haqda iyunun 13-də Daxili İşlər Nazirliyinə istinadən Report məlumat verib.
Belə ki, keçirilən əməliyyat-axtarış zamanı Emin Təhməzovdan 76 ədəd, Elman Mamedovdan isə 71 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri tapılıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.