İyunun 28-də saat 14:00 radələrində Ağdaş rayonunun Qolqəti kəndində fəhlə kimi işləyən şəxs elektrik cərəyanı vurması nəticəsində həlak olub. Bu haqda Baş Prokurorluq xəbər yayıb.
Məlumata görə, 29 yaşlı şəxs ağacların suvarılması üçün nəzərdə tutulan göldə təmizlik işləri aparıb. Bu zaman işlək vəziyyətdə olan elektrik nasosunun təsirindən yaranmış elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı “səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” maddəsilə cinayət işi açılıb. Araşdırma davam edir.