Ağdaşda 2 ton 300 kiloqram narkotik tərkibli bitki aşkar edilib. Bu haqda iyunun 23-də Report məlumat yayıb.
Keçirilən “Xaş-xaş-2022” adlı kompleks əməliyyatı zamanı Mürsəl və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən bitkilər tapılıb. 3 105 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.