Ağstafada ard-arda iki yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə iyulun 2-də Report məlumat yayıb.
Poylu qəsəbəsində minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə iki nəfər xəsarət alıb.
Digər yol qəzası 3 avtomobilin iştirakı ilə baş verib. Zəncirvari avtomobil qəzası zamanı 1 nəfər xəsarət alıb.
Hər iki qəzada xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.