Ağstafa rayonu, Aşağı Kəsəmən kənd tam orta məktəbinin səs yazısı yayılan sabiq direktorunun işi məhkəməyə göndərilib. Bu barədə oktyabrın 31-də Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Mətanət Məmmədova işlədiyi müddətdə həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə pul istəyib.
O, “mənimsəmə və ya israf etmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vəzifə səlahiyyətlərini aşma” maddələri ilə ittiham edilib.