Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda oktyabrın 21-də APA xəbər yayıb.
Hadisə rayonun Eynallı kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.