Ağsuda qadın dəm qazından boğularaq ölüb. Bu haqda məlumatı İnsanoid bu gün, 13 yanvar tarixində Report.az-a istinadən verir.
Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 69 yaşlı Nağıyeva Xanım Məhəmmədəli qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Ətrafdakı insanların köməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti tibbi ekspertiza olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.