2022-ci ilin 9 ayı ərzində aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,2% artaraq 699 553 olub. Bu barədə 22 oktyabr tarixində Dövlət Vergi Xidməti məlumat yayıb.
Yanvar-sentyabr ayları ərzində aktiv ƏDV ödəyicilərinin sayı 9,8% artıb və 38 081 vahid təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9% artaraq 188 690-a çatıb.